Yüksək qiymətlər, inflyasiya və cəmiyyətdə yoxsulluğun artması İranda narazılığı artıraraq etirazların əsas amilinə çevrilib.
BUTA.TV xəbər verir ki, bu sözləri İranın Proqram və Büdcə Təşkilatının keçmiş rəhbəri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncaninin müavini Məsud Roğəni Zəncani deyib.
“İslam Respublikası mollaların mütləq hakimiyyəti deməkdir. Bu, ölkənin konstitusiyasındakı bir çox maddələrlə də ziddiyyət təşkil edir. Ölkədə iki büdcə sistemi və xəzinə var. Biri hökumət və icra orqanlarının xəzinəsidir, başqa xəzinə isə ölkə rəhbərinin nəzarətində çox böyük vəsaitə malik olan xəzinədir. Dünyanın heç bir yerində belə eybəcər bir xəzinə sistemi görmək mümkün deyil”, - Zəncani bildirib.
Qeyd edək ki, İranda Əli Xamenei ofisinin nəzarətində olan vəsaitin 200 milyard dollara yaxın olduğu bildirilir. Bu vəsaitin idarə olunması, hara xərclənməsi barədə hökumətə rəsmi hesabat verilmir.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
- Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi
- “Sabah” TNS-ə qarşı - Start heyətlər
- Kəmaləddin Heydərov Matuş Şutoy-Eştok ilə görüşdü
- Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu
- Bakıda bu ərazilərdə yol təmiri başa çatdı
- TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi
- Trabzon-Bakı reysi ləğv olundu
- 22 yaşlı Rəşad müharibədə həlak oldu