Rəqib bəzən xaotik oynasa da, futbolçuların anlaşması yaxşı səviyyədədir.
BUTA.TV xəbər verir ki, bunu Finlandiyanın HİK komandasının baş məşqçisi Toni Korkeakunnas Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə deyib.
55 yaşlı mütəxəssis Ağdam təmsilçisinin bacarıqlı və sürətli oyunçulardan ibarət fəal komanda olduğunu bildirib:
"Hər iki matçda Polşa çempionunu oyun baxımından üstələdilər. Bizi səfərdə çətin oyun gözləyir".
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
O, Deyan İliyev, Valtteri Moren, Oliver Petterson, Matti Peltola, Aleksi Paananen və Roope Riskinin zədə səbəbindən "köhlən atlar"a qarşı oynamayacağını bildirib.
Qeyd edək ki, avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
- Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi
- “Sabah” TNS-ə qarşı - Start heyətlər
- Kəmaləddin Heydərov Matuş Şutoy-Eştok ilə görüşdü
- Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu
- Bakıda bu ərazilərdə yol təmiri başa çatdı
- TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi
- Trabzon-Bakı reysi ləğv olundu
- 22 yaşlı Rəşad müharibədə həlak oldu