Azərbaycan diplomatı Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın rəhbərliyi ilə keçirilən “sülh formulu” toplantısında iştirak edib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, 58 ölkənin iştirak etdiyi iclasda diplomatlar Ukraynanın “sülh formulu”nu müzakirə ediblər.
Onlar enerji təhlükəsizliyinin təmin olunması və müharibənin miqyasının genişlənməsinin qarşısının alınması barədə danışıblar.
İclas iştirakçıları Səudiyyə Ərəbistanında aparılan danışıqları, eləcə də Ukraynanın ilin sonuna qədər keçirməyi planlaşdırdığı Qlobal Sülh Sammiti haqqında fikir mübadiləsi aparıblar.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
A. Yermak müxtəlif ölkələrin Ukraynaya verdiyi təhlükəsizlik zəmanətləri barədə də iştirakçıları məlumatlandırıb.
Toplantıda ölkənin baş naziri Denis Şmıqal və digər rəsmilər də iştirak ediblər.
Toplantıda Azərbaycanı hansı diplomatın təmsil etdiyi açıqlanmayıb.
- İspaniya DÇ-nin finalında! - Video-Yenilənib
- Bəzi ərazilərdə işıq olmayacaq
- Estetiksiz qadın, yoxsa təbii dondurma? - Foto
- Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb
- Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
- Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
- Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi
- “Sabah” ÇL-in ikinci təsnifat mərhələsində! - Yenilənib