FETÖ lideri Fəthullah Gülən ABŞ-dan çıxmağa hazırlaşır.
BUTA.TV xəbər verir ki, bu barədə türkiyəli jurnalist, “Hürriyət” qəzetinin əməkdaşı Nədim Şənər məlumat yayıb.
“FETÖ lideri Gülən Mehmet Əli Şəngülün ölümü, daha əvvəl də Pensilvaniya ştatındakı evində zəhərlənməsi, ekstradisiya oluna biləcəyi qorxusu, bununla yanaşı, təşkilat daxilində hakimiyyət mübarizəsi zamanı onun öldürülə biləcəyi ehtimalını nəzərə alaraq təşvişə düşüb. Gülən özünü təhlükəsiz hiss edəcəyi başqa ölkəyə getmək üçün hazırlıqlara başlayıb. Onun, bununla bağlı rəsmi qurumlara müraciət etdiyi də bildirilir”, - N.Şənər vurğulayıb.
Bundan başqa, “Sabah” qəzetinin əməkdaşı Mehmet Övür də məsələ ilə bağlı fikirlərini bölüşüb.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
O iddia edib ki, rəsmi Ankaraya Gülənin İsveçrəyə gedəcəyi ilə bağlı xəbər gəlib:
“Ancaq FETÖ daxilindəki savaşlarda Gülən üçün təhdid sayılan Mustafa Özcan (MÖZ) qruplaşması da mövcuddur. Bu qruplaşmanın İsveçrədə təsir gücü yüksəkdir. Gülən Pensilvaniyada deyil, təşkilatı ələ keçirməyə çalışan Mustafa Özcanın təsirli olduğu İsveçrədə daha təhlükəsiz yaşayacaqmı? Bu inandırıcı deyil”.
- İspaniya DÇ-nin finalında! - Video-Yenilənib
- Bəzi ərazilərdə işıq olmayacaq
- Estetiksiz qadın, yoxsa təbii dondurma? - Foto
- Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb
- Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
- Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
- Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi
- “Sabah” ÇL-in ikinci təsnifat mərhələsində! - Yenilənib