Naxçıvan Muxtar Respublikası (NMR) Səhiyyə Nazirliyi muxtar respublikanın mühüm səhiyyə turizmi ünvanlarından olan “Duzdağ” Fizioterapiya Mərkəzinin beynəlxalq “EUROHEALTH SPA” sertifikatı ilə təmin olunması üçün müraciət ünvanlayıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, “Eurogap” Beynəlxalq Sertifikatlaşdırma İnstitutunun Fransa ofisinin eksperti bu müraciət əsasında “Duzdağ”da yoxlamalara başlayıb.
Beynəlxalq Sertifikatlaşdırma İnstitutunun Fransa ofisinin ekspertinin “Duzdağ” Fizioterapiya Mərkəzində araşdırması bir neçə gün davam edəcək.
Məlumat üçün bildirək ki, mərkəz tənəffüs yolları, astma və bronxial astma xəstəliklərindən əziyyət çəkənlər üçün effektiv təbii müalicə imkanlarına malikdir. Dünyada unikal səhiyyə turizmi ocaqlarından sayılan “Duzdağ” mağarasına hər il minlərlə turist müraciət edərək şəfa tapır.
Qeyd edək ki, sözügedən institut müraciət edən obyektin təklif etdiyi məhsul və xidmətlərin beynəlxalq standartlara uyğunluğunu yoxlayır. Yoxlamalar nəticəsində çatışmazlıqlar aşkarlanırsa, uyğunsuzluqların aradan qaldırılması tövsiyə olunur. Xidmət və ya məhsul standartlara tam cavab verdiyi halda sertifikatlaşdırılır. “Duzdağ” Fizioterapiya Mərkəzində təşkil olunan araşdırma da bu məqsədə xidmət edir.
- Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
- Qarabağ Universitetində ikili diplom proqramına start verilir
- Qusarda çətənə kolları yetişdirən şəxs saxlanıldı
- İlham Əliyev Ərdoğana başsağlığı verdi
- Onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edildi
- Ər-arvadın qəzada ölməsi faktı ilə bağlı cinayət işi başladı
- Dənizdə boğulmalar artdı: səbəb qumun daşınmasıdır?
- 31 ton dizel olan avtomobildə yanğının qarşısı alındı