Azərbaycan hakimiyyəti ölkənin dövlət bayrağını təhqir edən gənc erməni futbolçulara qarşı cinayət təqibinə son qoymaqla alicənablıq nümayiş etdirib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu britaniyalı politoloq və jurnalist Nil Vatson deyib.
Ekspertin fikrincə, "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılan erməni gənclərə qarşı cinayət təqibinin dayandırılması Azərbaycan hakimiyyətinin humanistliyini nümayiş etdirir.
N.Vatson qeyd edib ki, gənclərin hərəkətləri bütün azərbaycanlıları dərindən təhqir etməklə yanaşı, həm də Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulmasıdır:
"Böyük Britaniyada belə bir hərəkət qeyri-qanuni və nifrətin təbliği sayılır".
Xatırladaq ki, Azərbaycanın Dövlət Bayrağına qarşı təhqiramiz hərəkətlər törətməklə bağlı erməni futbolçular "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılıblar. Lakin Azərbaycan sonradan humanizm prinsiplərində çıxış edərək bu cinayət təqibini dayandırıb.
Belə ki, onlar inzibati qaydada 10 sutkalıq həbs ediliblər. Məhkəmə qərarı icra olunduqdan sonra həmin şəxslərin Azərbaycandan deportasiyası təmin ediləcək.
- Qubada hamilənin ölümü ilə bağlı araşdırma aparılır
- Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi
- AzerGold QSC vətəndaşlara xəbərdarlıq etdi - Foto
- Belə icra başçısı olar? Bu nə geyimdir? - Foto
- Ukraynada yeni Baş nazir o oldu
- Bakıda güclü külək nə vaxta qədər əsəcək?
- Kütləvi zəhərlənmə olan restoran bu vəzifəli şəxsin imiş
- Sabiq başçının bacısı oğluna vəzifə verildi