Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Cəmil Kamilliyə və Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədliyə vaxtından əvvəl növbəti xüsusi rütbələr verilib.

“BUTA.TV” xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, xidmətdə fərqləndiklərinə görə Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Cəmil Kamilliyə vaxtından əvvəl tibb xidməti polkovnik-leytenantı, Nazirliyin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədliyə isə vaxtından əvvəl ədliyyə müşaviri xüsusi rütbəsi verilib.

Fotoda Cəmil Kamilli

Fotoda Elşad Məmmədli

Bakı İsraildən niyə vaz keçə bilmir? Bakı İsraildən niyə vaz keçə bilmir?