Moskvadan Bakıya lüks gəmi ilə gəlmək olacaq
Yaxın zamanda Moskva ilə Bakı arasında kruiz səyahətinin təşkili planlaşdırılır.
“BUTA.TV” xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Xakimov “Zvezda” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, lüks səviyyəli laynerdə həyata keçirilməsi planlaşdırılan səyahətin müddəti hər istiqamətdə 7 gün olmaqla, təxminən 14 gün təşkil edəcək.
Hakimov layihənin Rusiya dövlətinin dəstəyi ilə, o cümlədən Rusiyanın Sənaye və Ticarət Nazirliyinin subsidiyaları hesabına həyata keçiriləcəyini deyib.
Məlumata görə, ilkin mərhələdə bir laynerdən istifadə olunması nəzərdə tutulur, marşrutun uğurlu olacağı təqdirdə isə ona daha iki gəmi qoşula bilər.
Kruizlərin başlama tarixi hələlik açıqlanmayıb.
Deputat: "Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək"