Zaqatalada nəvə babasına bıçaqla xəsarət yetirib. İlkin araşdırmalarla gəncin psixi xəsəlikdən əziyyət çəkdiyi məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan BUTA.TV-a verilən məlumata əsasən bu gün axşama doğru Zaqatala şəhər sakini, 21 yaşlı Ruslan İbrahimov onunla eyni mənzildə yaşayan babası, 77 yaşlı Yaşar İbrahimova aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirdiyi məlum olub.
Yaşar İbrahimov xəstəxanaya aparılıb, ilkin tibbi yardım göstərilib. Hazırda müalicəsi Zaqatala rayon mərkəzi xəstəxanasında davam etdirilir.
Hadisədən sonra rayon polis şöbəsinin əməkdaşları Ruslan İbrahimovu şübhəli şəxs qismində saxlayıb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma başlanılıb, təhqiqat aparılır.
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi