Rusiya bizə dedi ki, Qarabağı Azərbaycana verin, Ermənistanı da mənə təqdim edin.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Beynəlxalq və Təhlükəsizlik İnstitutunun təsisçisi Styopa Səfəryan deyib.
O, Avrasiya İqtisadi İttifaqından çıxmağın Ermənistan iqtisadiyyatı üçün çətinliklər yaradacağını bildirib:
“Ölkəni itirməkdənsə, bu iqtisadi çətinlikləri yaşamaq yaxşıdır. Bədəl ödəməli olacağıq. Əks halda Rusiyaya təslim olacağıq. Moskvanın bizə təqdim etdiyi plan bu idi: Qarabağı Azərbaycana verin, Ermənistanı isə mənə. Birincini qəbul etmədik, buna görə cəzalandırıldıq və Qarabağı itirdik. İndi ikincini qəbul etmirik. Qərb bizə deyir ki, Qarabağ məsələsində kömək edə bilmirlər, amma Ermənistanı müdafiə etməyə çalışacaqlar. Biz nə edək? Rusiyanın meydanına çıxıb Ermənistanı qurban verək? Ölkəni qorumaq üçün addımlar atmalıyıq”.
- Cərimə balları sıfırlandı - Səbəb texniki imiş
- Messi ağladı, mən ağladım...
- Bu ərazilərdə iki saat işıq olmayacaq
- ABŞ-da benzin qiymətləri kritik səviyyəni keçdi
- MN nümayəndə heyəti Yaşar Gülərlə görüşdü
- Göldə boğulub ölən ata-qızın - Fotoları
- Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edildi
- Lukaşenko azərbaycanlı sənətçini təltif etdi