Bakının Pirşağı qəsəbəsi və bağlarını "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə bağlayan 173A və 173B nömrəli müntəzəm marşrut xətlərində avtobuslar yenilənir.

BUTA.TV xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Noyabrın 13-dən etibarən həmin marşrut xətləri üzrə ekoloji cəhətdən təmiz, CNG texnologiyası əsasında işləyən avtobuslar sərnişinlərə xidmət göstərməyə başlayacaq.

Hər bir marşrut xətti üzrə 6 ədəd avtobus fəaliyyət göstərəcək.

Avtobusların daxilində ödəniş yalnız nağdsız formada həyata keçirilir. Gediş haqqı 0,65 manat olaraq təyin edilib.

3 uşaq anası ilə sevgili olub ərini öldürdü - Dəhşətli cinayət 3 uşaq anası ilə sevgili olub ərini öldürdü - Dəhşətli cinayət