Akif Qurbanovun atası saxlanılıb? – Rəsmi
Daxili İşlər Nazirliyi “Toplum TV” işi üzrə həbs olunan Akif Qurbanovun atasının saxlanması ilə bağlı iddialara münasibət bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin inspektoru İbrahim Əmiraslanlı bildirib.
O qeyd edib ki, onun saxlanılması istintaq əhəmiyyəti daşıyan mühüm sənədləri evdən çıxararkən olub.
Polis əməkdaşları tərəfindən həmin sənədlər ondan götürülərək istintaq materiallarına əlavə edilib.
Daha sonra o, sərbəst buraxılıb.
Cümşüdün ölümündə təqsirli bilinən rəisə - Hökm oxundu