Rusiya Baxmutu atəşə tutdu: ölü və yaralılar var
Rusiya ordusu Ukraynanın Baxmut bölgəsini atəşə tutub, nəticədə 1 nəfər ölüb, 4 mülki şəxs isə yaralanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Donetsk Vilayət Prokurorluğu məlumat yayıb.
“Rusiya ordusunun həmlələri nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb”, – prokurorluğun məlumatında qeyd olunub.