Rusiyanın Q.M.Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksinə PUA hücumu nəticəsində A-50 kəşfiyyat təyyarəsinə ciddi ziyan dəyib.

BUTA.TV xəbər verir ki, bu barədə ukraynalı deputat Aleksey Qonçarenko məlumat yayıb.

“Taqanroq təyyarə zavodu və modernizasiya üçün orada olan A-50 təyyarəsi Ukrayna Silahlı Qüvvələrinin səhər zərbələri nəticəsində məhv edilib. Bu məlumatı mənə təsdiqləyiblər”, - Qonçarenko bildirib.

Ukrayna tərəfi rəsmi olaraq açıqlama verməyib.