Tehranda köhnə iki mərtəbəli yaşayış binasında güclü partlayış baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Tehran Yanğın və Təhlükəsizlik Xidmətinin sözçüsü Seyid Cəlal Maliki məlumat yayıb.

O bildirib ki, partlayış köhnə ikimərtəbəli yaşayış binasında olub və ev və ona bitişik yaşayış binasının bir hissəsi dağılıb, nəticədə 9 nəfər yaralanıb, bir nəfər ölüb.

Malikinin sözlərinə görə, hadisə günorta saatlarında, Tehran bazarının cənub hissəsində, Rey küçəsində baş verib.

Hazırda dağıntılar altında qalan şəxslərin axtarışı davam etdirilir.