Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində iki mərtəbəli mənzildə partlayış baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Partlayış nəticəsində bir ailənin 4 üzvü ölüb, 3 nəfər isə yaralanıb.

Hadisənin çərşənbə şənliklərində istifadə etmək üçün saxlanılan alışdırıcı maddələrin partlaması nəticəsində baş verdiyi bildirilib.