Azərbaycana dövlət səfərinə gələn Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi başlayıb.

BUTA.TV xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.