Qırğızıstan və Özbəkistan dövlət sərhədinin ümumi hissəsinin demarkasiya xəritələrinin yaradılması imkanlarını nəzərdən keçirir.

BUTA.TV xəbər verir ki, bu barədə Qırğızıstan hökumətindən məlumat verilib.

Bildirilib ki, Oş şəhərində “Qırğızıstan-Özbəkistan birgə demarkasiya komissiyasının işi üzrə” Qırğızıstan və Özbəkistan hökumət nümayəndə heyətlərinin işçi qruplarının növbəti iclası keçirilib. Görüş zamanı iki ölkə nümayəndələri Qırğızıstan-Özbəkistan dövlət sərhədinin demarkasiyası, demarkasiya xəritələrinin yaradılması və xüsusi (ümumi) geodeziya şəbəkəsini müzakirə edib.

Qırğızıstan hökumətindən bildirilib ki, görüşdən sonra tərəflər müvafiq protokol imzalayıblar.