Bu il Ukraynadakı hərbi əməliyyatların başa çatması üçün həlledici ola bilər. Müharibənin nəticəsi texnikanın miqdarından asılıdır.

BUTA.TV xəbər verir ki, bunu Litva xarici işlər naziri Qabrielius Landsbergis deyib.

"Ukraynalıların döyüş sursatları Rusiyanınkından 7 dəfə azdır. Onların müqavimət göstərə bilmələri bir möcüzədir. Bu il bəzi fəlakətli hadisələrin baş verdiyini görə bilərik", - nazir bildirib.

O qeyd edib ki, Qərb qoşunlarının Ukraynaya göndərilməsi haqqında müzakirələrin vaxtıdır:

“Tərəddüd etmək Avropanı zəiflədir. Hərəkətə keçməliyik”.