Avropada ən uzun məğlubiyyətsizlik seriyasına imza atan klubların adları açıqlanıb.

BUTA.TV xəbər verir ki, siyahıya 58 matçın hamısında qələbə qazanan “Milan” başçılıq edir. “Rossonerilər” bu uğuru 1991-1993-cü illər mövsümlərində qazanıb.

“Bavariya”sı (53) ikinci, “Arsenal” (49) isə üçüncü pillədə qərarlaşıb.

“Qarabağ”ın UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsindəki rəqibi “Bayer” ilk “onluq”da yer alıb. Almaniya Bundesliqasının XXV turunda “Volfsburq”a 2:0 hesabı ilə qalib gələn Leverkuzen təmsilçisi məğlubiyyətsizlik oyunlarının sayını 36-ya çatdırıb. Xabi Alonsonun komandası bu mövsümü məğlubiyyətsiz başa vursa belə “Milan”ın rekordunu qırmaq şansı yoxdur.

Avropada ən uzun məğlubiyyətsizlik seriyasına imza atan klublar:

1. “Milan”, İtaliya – 58 oyun (1991-1993)

2. “Bavariya”, Almaniya – 53 oyun (2012-2013)

3. “Arsenal”, İngiltərə - 49 oyun (2003-2004)

4. “Yuventus”, İtaliya - 49 oyun (2011-2012)

5. “Barselona”, İspaniya - 43 oyun (2017-2018)

6. “Nottinqem Forrest”, İngiltərə - 42 oyun (1997-1998)

7. “Çelsi”, İngiltərə - 40 oyun (2004-2005)

8. “Fiorentina”, İtaliya - 40 oyun (1995-1996)

9. “Real Sosyedad”, İspaniya - 38 oyun (1979-1980)

10. “Bayer”, Almaniya – 36 oyun (2023-).