Moskvadan qalxan təyyarənin mühərriki partladı
Rusiyanın paytaxtı Moskvadan Mərakeşin Kasablanka şəhərinə uçan Boinq-737 təyyarəsinin sağ mühərrikində partlayış baş verib.
BUTA.TV xarici mediaya istinadən xəbər verir ki, “Royal Air Maroc” aviaşirkətinə məxsus təyyarənin ekipajı Kasablankadan 343 km uzaqlıqdakı Tanjir şəhərinə eniş etməyə məcbur olub. Eniş zamanı xəsarət alan olmayıb.
Hadisənin təfərrüatı açıqlanmır.