Rusiyaya kütləvi PUA və raket hücumu edildi
Rusiyanın Moskva, Kursk, Tula, Bryansk, Belqorod və Leninqrad vilayətlərinə PUA və raket hücumu edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod üzərində 1 “Toçka-U” və 8 “Vampir” RYAS mərmisini zərərsizləşdirib.
Oryol şəhərində isə neft bazasına PUA hücumu edilib. Yanacaq dolu çənlərin yandığı bildirilir.