Britaniyanın işıqsürətli lazer silahı - Video
Britaniyanın müdafiə naziri Qrant Şepps “DragonFire” lazer silahının sınağını əks etdirən video yayımlayıb.
BUTA.TV xəbər verir ki, görüntülər nazirin X sosial şəbəkəsində (keçmiş Tvitter) hesabında yer alıb.
"Britaniyanın “DragonFire” lazer silahının ilk videosuna baxın", - deyə Şepps yazıb.
O bildirib ki, görüntülərin məxfiliyi bu yaxınlarda aradan qaldırılıb.
Sözügedən lazer silahının havadakı hədəfləri işıq sürəti ilə vurmağa qadir olduğu vurğulanıb.