Fransa Ukraynaya bu texnikaları verəcək
Fransa yaxın aylarda Kiyevə altı “Sezar” özüyeriyən haubitsa və 150 silahsız pilotsuz uçuş aparatı (PUA) verməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə Fransanın Baş naziri Qabriel Attal deyib.
O, həmçinin əlavə edib ki, Fransa müəssisələri Ukrayna üçün ayda 3 min artilleriya sursatı istehsal etməyi planlaşdırır.