Ukraynanın bu şəhəri raketlə vuruldu: ölənlər var
Ötən gün Ukraynanın Krivoy Roq şəhərində hündürmərtəbəli binanın raketlə vurulması nəticəsində dinc sakinlər arasında həlak olanlar var.
BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib.
“3 ölü, 38 yaralı var. Xəsarət alan uşaqlar var. Lakin bu rəqəmlər yekun deyil, çünki axtarış-xilasetmə işləri davam edir", - nazir bildirib.