Ərdoğan 12 il sonra İraqa səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprel ayında İraqa səfər edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız deyib.
O bildirib ki, R.T. Ərdoğanın sonuncu dəfə 2012-ci ildə baş nazir olduğu dönəmdə İraqa qeyri-rəsmi səfəri olub.