AP-dən İrəvanla bağlı qətnamə: AB üzvlüyü…
Avropa Parlamenti Ermənistanın AB üzvlüyünə namizədliyi imkanlarını nəzərdən keçirmək üçün qətnamə qəbul edib.
BUTA.TV erməni mediasına istinadla xəbər verir ki, qətnamənin lehinə 504, əleyhinə 4 deputat səs verib, 32 deputat bitərəf qalıb.
“Əgər Ermənistan namizəd statusu almaqda maraqlı olsa və öz demokratiyasını gücləndirən sabit islahatlar yoluna davam etsə, bu, AB-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər”, - qətnamədə qeyd edilir.