Böyük Britaniya və ABŞ-ın silahlı qüvvələri Yəmənin husilərin nəzarətində olan Hudeyda aeroportuna zərbələr endiriblər.

BUTA.TV xəbər verir ki, bu barədə “Əl-Masirah” telekanalı məlumat yayıb.

Hava limanının bir neçə saat ərzində koalisiya tərəfindən dörd zərbəyə məruz qaldığı bildirilib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.