NATO və Çin arasında kritik görüş oldu
NATO-nun Hərbi Əməkdaşlıq üzrə direktoru Daçan-Tiberiu Serba Çin Mərkəzi Hərbi Şurasının Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəis müavini general-mayor Yao Szin ilə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə NATO-dan məlumat verilib.
Çin və NATO Ukraynadakı münaqişəni, təhlükəsizlik məsələlərini və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Bundan əlavə, Pekində keçiriləcək səkkizinci illik hərbi toplantı da gündəmə gətirilib.