HƏMAS hərəkatı girovların azad edilməsi müqabilində Qəzza zolağında atəşkəslə bağlı razılaşmaya hələ də real cavab verməyib və qəbuledilməz tələblər irəli sürməyə davam edir.

BUTA.TV xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu deyib.

Yəhudi dövlətinin hökumət başçısı bildirib ki, HƏMAS danışıqlarda irəliləyişə nail olmaq istəmir.