İsrail sərhədində Rusiya postu qurulur
Qolan təpələrində, Suriya – İsrailin təmas xəttində Rusiyanın hərbi polis postu qurulacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın Müharibə edən Tərəflərin Barışıq Mərkəzinin rəhbərinin müavini, kontr-admiral Vadim Kulit bildirib.
O bildirib ki, Rusiya hərbçiləri zonada vəziyyəti monitorinq edəcək.