Fidan İraq Türkman Cəbhəsinin başqanı ilə görüşdü
Türkiyənin xarici işlər naziri Hakan Fidan İraq Türkman Cəbhəsi partiyasının başqanı Həsən Turan və Kərkük üzrə millət vəkili deputat Ərşad Salehi qəbul edib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə XİN sosial şəbəkədə bildirib.
Görüş Türkiyənin Bağdaddakı səfirliyində baş tutub.
Xarici siyasət idarəsi görüşün təfərrüatlarını paylaşmayıb.