Yəmənin üsyançı hərəkatı Ənsarullah (husilər) Hind okeanını keçərək Afrikanın cənubundakı Ümid burnuna gedən İsraillə əlaqəli gəmilərə hücum etmək niyyətindədir.

BUTA.TV xəbər verir ki, bunu hərəkatın lideri Əbdülməlik əl-Husi deyib.

"Biz İsrail ilə əlaqəli gəmilərin Hind okeanından Ümid burnuna doğru keçməsinin qarşısını almaq niyyətindəyik", - əl-Husi.

O qeyd edib ki, hərəkatın əsas məqsədi əməliyyatların əhatə dairəsini genişləndirmək və İsrail və müttəfiqlərinin təhlükəsiz hesab etdiyi ərazilərə çatmaqdır.