Şimali Koreya ötən ildən etibarən Rusiyaya Ukraynadakı müharibədə dəstək olmaq üçün sursat və digər hərbi texnika ilə dolu 7 minə yaxın konteyner göndərib.

BUTA.TV xəbər verir ki, bunu Cənubi Koreyanın müdafiə naziri Şin Von deyib.

O bildirib ki, Pxenyan əvvəlcə gəmilərlə sursat göndərməyi nəzərdə tutsa da, sonradan dəmiryol nəqliyyatından daha çox istifadə etməyə başladı.