Pakistanda güclü zəlzələ oldu
Pakistanın qərbində 5,4 bal gücündə zəlzələ baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Nuşki şəhərindən (Bəlucistan əyaləti) 68 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.