Stimul Hospital jurnalistin anasını öldürdü, araşdırma başladı
Bakının Sabunçu rayonunda hospitalda ölüm faktı qeydə alınıb.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 18-də 1967-ci il təvəllüdlü Bahar Qasımovanın Sabunçu rayonu ərazisində yerləşən “Stimul Hospital”da ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, B.Qasımova jurnalist Fərahim Qasımovun anasıdır.