AB-dən Moskvadakı teraktla bağlı açıqlama
Avropa Birliyi Moskva vilayətində törədilən terror aktını pisləyib.
BUTA.TV xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stano deyib.
“AB Moskvada “Krokus Siti Holl”da terror aktı ilə bağlı xəbərlərdən şoka düşüb və dəhşətə gəlib. AB mülki şəxslərə qarşı hər hansı hücumu pisləyir. Düşüncələrimiz bu terror aktından zərərçəkmiş bütün Rusiya vətəndaşları ilədir”, - Stano bildirib.