Terakt nəticəsində baş verən yanğın “Krokus Siti Holl”un tamaşaçı zalını tamamilə məhv edib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilib.

Xilasedicilər hadisə yerində işləri davam etdirirlər.

Qeyd edək ki, “Krokus Siti Holl”da terror aktında rəsmi məlumatlara görə, 115 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 130-u keçdiyini iddia edir.

23 yaşlı Gülarənin qətli ilə bağlı - Yeni detallar 23 yaşlı Gülarənin qətli ilə bağlı - Yeni detallar