"Krokus"da amansız terror aktı törətməkdə şübhəli bilinərək saxlanılanların hamısı Rusiya vətəndaşlarıdır.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın 112 Teleqram kanalı öz mənbəsinə istinadən məlumat dərc edib.

“Qonşu ölkələrdən gələnlər ölkəmizdə o qədər qalıb ki, vətəndaşlıq ala biliblər. İndi müvafiq orqanlar bu sənədlərin qanuni olub-olmadığını yoxlayır", - məlumatda bildirilib.

Qeyd edək ki, daha öncə bir sıra mənbələr terror aktı törətməkdə şübhəli bilinən Tacikistan vətəndaşlarının saxlanıldığı barədə məlumat yayıb. Lakin Tacikistan bu məlumatı faktla təkzib edib.