Terrorçuların arxasında duran hər kəsi cəzalandıracağıq - Putin
“Krokus Siti Holl”da cinayətin bütün günahkarları, təşkilatçıları və sifarişçiləri ədalətli cəzalarını alacaqlar.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində bildirib.
"Bu cinayətin bütün günahkarları, təşkilatçıları və sifarişçiləri ədalətli və qaçılmaz cəzalarını alacaqlar. Onlar kim olursa olsunlar, kim onlara yol göstərir. Yenə deyirəm, biz terrorçuların arxasında duran, bu vəhşiliyi hazırlayan hər kəsi müəyyənləşdirib cəzalandıracağıq. Bu, Rusiyaya, xalqımıza zərbədir", - Putin qeyd edib.