Moskvadakı “Krokus Siti Holl” kompleksində baş verən terror aktı nəticəsində ölənlərin ilkin siyahısı açıqlanıb.

BUTA.TV xəbər verir ki, siyahını Rusiya Fövqəladə Hallar Nazirliyi yayıb.

Həlak olanlardan 13-nün kimliyi müəyyənləşdirilib və adı siyahıya salınıb.

Siyahıda 1983-cü il təvəllüdlü Vüqar Fuad oğlu Hüseynov adlı azərbaycanlı da var.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı Səfirliyinin məlumatına görə, V.Hüseynovun Rusiya vətəndaşı olduğu ehtimal edilir.