İmişlidə 5 otaqlı evdə yanğın
İmişli rayonunun Qaragüvəndikli kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.