Ruslar Xarkovda sənaye zonasına zərbə endirdi
Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov şəhərinə zərbələr endirib.
BUTA.TV xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov Teleqram kanalında yazıb.
O bildirib ki, mərmi Slobodsk rayonunda sənaye zonasına düşüb.
Mer əhaliyə növbəti mümkün hücumlarla bağlı diqqətli olmaları barədə xəbərdarlıq edib.