İsrail Hizbullahın mövqelərinə zərbələr endirdi
İsrail ordusu ölkənin şimalının atəşə tutulmasına cavab olaraq Livanda Hizbullahın hədəflərinə zərbələr endirib.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İsrail qırıcıları buna cavab olaraq, Nakura və Ayta əş-Şaab bölgələrində Hizbullahın hərbi bazalarına hücum edib.