Cəlilabad rayonunda yerləşən Göytəpə su anbarı tam su ilə dolub.

BUTA.TV Report-a istinadla xəbər verir ki, son günlər intensiv yağıntılar nəticəsində anbarda belə bir vəziyyət yaranıb.

Sonuncu dəfə anbarda bu qədər su kütləsi 2014-cü ildə müşahidə olunub.

Qeyd edək ki, sözügedən anbar Göytəpəçayın məcrasında yerləşir. Anbarın 2010-cu ildə tikintisi başa çatıb və açılış mərasimi keçirilib.

Qazaxda dəhşətli qəza - 2-si uşaq olmaqla 4 ölü var+Yenilənib Qazaxda dəhşətli qəza - 2-si uşaq olmaqla 4 ölü var+Yenilənib