Ermənistanın paytaxtı İrəvanda polis bölməsinə kimin hücum etdiyi məlum olub.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin rəsmisi Narek Sərkisyan məlumat verib.

“Biz ilkin məlumatları yayımladıq: üç nəfər hücum edib, onların ad və soyadlarını elan etdik. Onlar Milli Demokratik Qütb təşkilatının üzvləridir”, - Sərkisyan bildirib.

Qeyd edək ki, dünən 3 nəfər İrəvanın Nor Nork rayonunda yerləşən polis bölməsinə hücum etmişdi. Hücum zamanı əl qumbarasının partlaması nəticəsində iki nəfər yaralanmışdı.