Şvartsenegger ürəyindən əməliyyat olundu
Hollivudun məşhur aktyoru Arnold Şvartsenegger ürəyindən əməliyyat olunub.
Kult.az xəbər verir ki, bu barədə aktyor özü yerli mediaya açıqlamasında bildirib.
O deyib ki, üzərinə kardiostimulyator quraşdırılıb.
“İndi robot olmağa daha yaxınam”, - Arnold Terminator obrazına assosiasiya ilə zarafat edib.