SEPAH, Hizbullah və husilərə sanksiya tətbiq edildi
ABŞ martın 26-da husilərə, Hizbullaha və İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinə qarşı yeni sanksiyalar tətbiq edib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sanksiyalar adıçəkilən qurumlara maliyyə köçürmələrini asanlaşdıran şəbəkəyə qarşı tətbiq edilib.
ABŞ-ın yeni sanksiyalarına 6 müəssisə, bir şəxs və iki neft tankeri daxildir.