Husilər Ərəbistana xəbərdarlıq etdi: Sizi də vurarıq
ABŞ-ın bizə qarşı hücumlarını dəstəkləməyin.
BUTA.TV xəbər verir ki, bunu Husi liderlərindən biri olan Məhəmməd Əli əl-Husi “Əl-Məsirə”telekanalına müsahibəsində deyib.
O, Səudiyyə Ərəbistanına ABŞ-ın bu qruplaşmaya qarşı hücumlarını dəstəkləməməsi, əks halda bu qruplaşmanın hücumuna məruz qalacağı barədə xəbərdarlıq edib:
“Biz Səudiyyə Ərəbistanına mesaj göndərmişik ki, əgər Amerika qırıcılarına öz ərazilərindən və ya hava məkanından Yəmənə hücum etmək üçün istifadə etməyə icazə verərsə, bu ölkə hədəf alınacaq".
Muxtar Maniyevin oğlu vəzifədən azad edildi