Biləsuvarda qəza: TIR-la minik avtomobili toqquşdu
Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
BUTA.TV xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik və "TIR" markalı yük avtomobillərinin toqquşması ilə nəticələnən qəzada iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.